Azərbaycanən işğal olunmuş Dağlıq Qarabağ ərazilərindəki separatçı rejimin nəzarətində olan ərazilərdəki olan muzeylər Beynəlxalq Muzeylər Şurasının tədbirində iştirak edəcək.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, Beynəlxalq muzeylər günü ilə əlaqədar olaraq mayın 20-də “Muzeylər gecəsi” ümumavropa aksiyasında Ermənistandan və “Dağlıq Qarabağ”dan 113 muzey iştirak edəcək.
Beynəlxalq muzeylər günü 1977-ci ildən etibarən Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən qeyd olunur. Məqsəd də cəmiyyətin sosial-mədəni həyatında muzeylərin rolunu artırmaqdır.
Tədbirdə Ermənistan və “DQR”-dən iştirak edən muzeylər müxtlif növ poqramlarla çıxış edəcək.
Gununsesi.info