Ermənilər Rus hərbi bazası önündə etiraz aksiyası keçirdilər

  • By admin
  • 04 May 2017 10:12

ermeniler rus herbi baza etiraz

Ermənilər Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazası önündə etiraz aksiyası keçiriblər.

Kommunal xidmət sahəsində çalışan ermənilər Rus hərbi bazası önündə etiraz aksiyası keçirərək əməkhaqqlarının ödənilməsini tələb ediblər.

Gununsesi.info “Azadlıq” radiosuna istinadən xəbər verir ki, 100-dək erməni 3 aydır əməkhaqqının verilməsini tələb edib və maaşlarının verilmədiyinə görə mayın 3-dən etibarən əməkhaqqları ödənilməyənədək işə çıxmayacaqlarını bəyan ediblər.

Etirazçılar hərbi bazanın qapısınadək yaxınlaşaraq  bazanın komandiri ilə görüşmək istəsələr də, onların Rus hərbi bazasına daxil olmasına imkan verilməyib.

Etirazçıların inadından sonra bazanın komandiri Vladimir Elkanov etirazçıların qarşısına çıxaraq baş verənlərdən xəbərsiz olduğunu və qısa zamanda məsələnin öz həllini tapacağını deyib.

Mürtəza

Gununsesi.info