Ermənilər Tehranda yeni il hədiyyələri satırlar

  • By admin
  • 27 Dekabr 2016 10:57

ermeni

“İran Yaxın Şərqdə ermənilərin ən təhlükəsiz yaşadığı ölkədir. Hazırda İranda 120 min xiristian yaşayır ki, onun da  böyük əksəriyyəti ermənidir. Ona görə də, indiyədək ermənilərlə İran hökuməti arasında hər hansı problemi yaranmayıb”.

Gununsesi.info  xəbər verir ki, bunu Tehranda erməni iş adamı Hamad Davudyan AFR-ə açıqlamasında deyib.
H.Davudyanın sözlərinə görə, Yeni il yaxınlaşır və İranda yeganə Yeni il hədiyyələri, Santa Klaus satışı dükanları məhz Tehranda ermənilərin kompakt yaşadığı  Somayeh rayonundadır. “Yeni ilə bağlı  hədiyyə mağazaları bu rayonda satılır və İran hökuməti də buna hər hansı problem yaratmır. Axı Niyədə problem olmalıdır?! Biz ermənilər artıq 400 ildir burada yaşayırıq”- deyə, H. Davudyan bildirib.
 Hər hansı İran vətəndaşı Yeni il hədiyyəsi və yaxud atributu almaq istəyirsə, ancaq ermənilərin məskunlaşdığı bu rayondaki dükanlardan ala bilər. Çünki ölkənin digər yerində belə mağazalar fəaliyyət göstərmir.
 İranlılar başqa yer olmadığında ancaq buradakı dükanlarda quraşdırllan yolka və Santa Klausların qarşısında selfi edirlər.
Gununsesi.info