Ermənilər Tovuzun bu kəndini artilleriya atəşinə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. 

Gununsesi.org xəbər verir ki, bunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Gununsesi.org