Ermənilər yaxşı bilir ki, İlham Əliyev verdiyi sözə əməl edir - Millət vəkili

  • By admin
  • 14 Noyabr 2016 13:05
aydin
“Aprel döyüşləri” istənilən an baş verə bilər və bu, gündəmdədir. Azərbaycan prezidentinin səsləndirdiyi fikirlər ermənilərə açıq bir mesaj idi ki,  Lələtəpə zəfərləri istənilən gün başlaya bilər”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Aydın Hüseynov ölkə başçısı İlham Əliyevin Füzuli rayonunda  səsləndirdiyi bəyanatları şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin Ermənistan-Azərbaycan münaqişəsinin  həlli ilə bağlı birmənalı mövqeyi beynəlxalq ictimaiyyətə bəllidir. “Azərbaycan prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yoluyla ərazilərin bütövlüyü çərçivəsində, Qarabağa ən yüksək status verilməsi ilə həllinin tərəfdarı olduğunu bəyan edib. Ölkə başçısı bu şərtlər daxilində Qarabağdakı ermənilərn  təhlükəsiz yaşayışına təminat verir. Lakin bununla yanaşı, prezident İlham Əliyev onu da dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarında  ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək və bu, mümkün olan şey deyil. Azərbaycan prezidenti haqqında  beynəlxalq aləmdə də bir fikir formalaşıb, o, dediyi sözün sahibidir. Deyibsə, onu mütləq həyata keçirəcək. O baxımdan, Azərbaycan prezidenti istər Füzuli rayonunda  Lələtəpə zəfərlərinin davamlı olması, istərsə də münaqişənin həlli ilə bağlı verdiyi sözü-vədi həyata keçriməyə hazırdır. Lələtəpə zəfərlərinə gəldikdə isə inanıram ki, ermənilər danışıqlarda pozuculuq siyasətini davam etdirəcəksə və işğalçılıq siyasətindən əl çəkməyəcəksə, İlham Əliyev verdiyi sözü həyata keçirəcək. Necə ki, bunu 2016-cı ilin aprelində sübut etdi”- deyə, millət vəkili vurğulayıb.
Ölkə başçısının mütəmadi olaraq cəbhə bölgəsinə səfər etməsinin  də təsadüfü xarakter daşımadığını dilə gətirən millət vəkili deyib ki, bu, təkcə diqqət və qayğı ilə tamamlanmır, eyni zamanda, orada yaşayan xalqa  və orduya  dəstək məqsədi daşıyır.
“Yəni, ölkə başçısı hər dəfə cəbhə bölgəsində olarakən, ön cəbhədəki- təmas xəttindəki hərbçilərlə görüşür və vəziyyətlə yerində tanış olur. Bu, həm hərbçilərə mənəvi dəstəyə, həm də onların əhval-ruhiyyəsinin yüksək olmasına  xidmət edir. Əsgərlərimizdə torpaqlarımızın tezliklə işğaldan azad olunmasına əminlik hissi oyadır. Bu, xalq,  ordu və ölkə rəhbərliyi  arasındakı vəhdətin, birliyin göstəricisidir. Ölkə başçısının Lələtəpə ilə bağlı səsələndirdiyi bəyanata gəldikdə isə deyə bilərəm ki, bu, ermənilərə  ciddi bir mesajdır. Ermənilərə  açıq bir mesaj verdi ki, işğalçılıq siyasətindən əl çəkməyəcəyiniz təqdirdə, Lələtəpə zəfər davam edəcək və biz buna hazırıq”- deyə, A.Hüseynov bildirib.
Millət vəkili eyni zamanda, Azərbaycan prezidentinin cəbhə bölgəsinə mütəmadi xarakter daşıyan səfərlərini  diplomatik və psixoloji hücum taktikasının tərkib hissəsi kimi xarakterizə edib.
Aprel döyüşləri və Lələtəpə zəfərlərinin  təkrarlanmasına gəlincə, millət vəkili bildirib ki, aprel döyüşləri istənilən an başlaya bilər və bu, məsələ gündəmdədir:
“İstənilən an aprel döyüşləri başlaya bilər.  Elə ölkə başçısının Füzuli rayonunda səsləndirdiyi bəyanatlardan ermənilərin narahatçılıq keçirməsinin də əsas səbəbi budur. Artıq ermənilər Azərbaycan ordusunun nəyə qadir olduğunu bilir. Bununla belə, əgər ordumuz “Aprel döyüşləri”nədək  nə qədər güclü idisə, ondan sonra daha da güclənib. Müasir silahlarla təmin olunub. Mütəmadi təlimlərə keçirməklə  hər an döyüşə hazır vəziyyətə gətirilir. Bütün bunlar erməni tərəfini ciddi əndişələndirir və yuxularını ərşə çəkir.  Onlar yaxşı anlayır ki, növbəti həmlə onlar üçün  son olacaq. Odur ki,  Lələtəpə zəfərləri qaçılmazdır və hər an  bu əməliyyatalra başlanıla bilər”.
Mürtəza Bünyadlı 
Gununsesi.info