Ermənilərdən növbəti TƏXRİBAT: Daha bir erməni nazir Xankəndinə QANUNSUZ SƏFƏR ETDİ

  • By admin
  • 25 Yanvar 2021 11:27

Daha bir erməni nazir qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib.

Gununsesi.org publika.az-a istinadla xəbər verir ki, bu dəfə Ermənistanın Əmək və Sosial İşlər naziri Mesrop Arakelyan Xankəndində “həmkarı” Mane Tandilyan və bir sıra digər yüksək vəzifəli məmurlarla görüşüb.

Bildirək ki, bundan öncə Xarici İşlər naziri Ara Ayvazyan Xankəndinə səfər edib.

Dövlət baçısı İlham Əliyev bu səfərlə bağlı qarşı tərəfə xəbərdarlıq edib.

Gununsesi.org