Erməniləri dəstəkləyən kürdlər Türkiyədə həbs edildi

  • By admin
  • 20 Mart 2021 14:39

Türkiyədə terror təşkilatına dəstək olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

Gununsesi.info TRT-yə istinadən xəbər verir ki, Ankara prokurorluğu PKK terror təşkilatı ilə bağlı apardığı istintaq zamanı Xalqların Demokratik Partiyasının (HDP) regional təşkilat rəhbərlərini şübhəli şəxs qismində saxlayıb.

HTML tutorial

Onların Azərbaycana aid torpaqların erməni işğalından azad edilməsinə qarşı hazırlanan və terror təşkilatına yaxın saytlarda yayımlanan müraciəti imzaladıqları da müəyyən olunub.

Həmin şəxslərin PKK-nın ilk silahlı hücumunun ildönümü kimi qeyd edilən qanunsuz tədbirə qoşulduqları və dövlət tərəfindən zərərsizləşdirilən terrorçuların anım mərasimində iştirak etdikləri məlum olub.

Onların yaşadıqları ünvanlara baxış keçirilən zaman təşkilata aid çoxlu sənədlər və digital materiallar aşkar olunaraq götürülüb.

Gununsesi.info