Azərbaycan ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyat nəticəsində “Ermənistan silahlı qüvvələri birləşmələrinin 60 mövqeyinin nəzarət altına alındığı” bildirilir.
Gununsesi.info bildirir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.
Sözçü bildirib ki, əməliyyatın gedişində erməni qüvvələrinin 20-dən çox hərbi avtomobili, 40-dan artıq artilleriya qurğusu, 30-dan çox minaatanı, 2 zenit-raket qurğusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və başqa hərbi obyektləri zərəsizləşdirilib.
Anar Eyvazov mülki obyektlərin atəşə tutulmasına dair Ermənistan mediasında yayılan xəbərləri təkzib edib.
Mais
Gununsesi.info