Ermənilər AzTv-nin əməkdaşlarına hücum çəkdilər (VİDEO)

  • By arzu
  • 03 Dekabr 2019
Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərinə ezam olunmuş Azərbaycan televiziyasının jurnalisti Zakir Musayev və operatoru Səfər Səfərov ermənilərin hücumunə məruz qalıblar.

Gununsesi.org konkrekt.az-a istinadən məlumat verir ki, jurnalistlər Armavir şəhərində Erməni Apostol Kilsəsinin həyətində Qareqin Njdenin xatirə lövhəsinin söküldüyü yerdən reportaj hazırlamaq istəyirlərmiş. Amma kilsənin qulluqçuları jurnalistlərə qarşı güc tətbiq ediblər.

Hazırda jurnalistlər yerli xəstəxanada müayinə olduqdan sonra polisə müraciət etməyə yollanıblar.
Hadisə yerindən göndərilən videonu sizə təqdim edirik:

 

Gununsesi.org