Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinov dəfn olunub.
Gununsesi.info-nun yerli bürosu xəbər verir ki, onun cənazəsi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DİN-nin əməkdaşı Həzi Aslanov mərhumun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağını onun dayısı Qüdrət Həsənova təqdim edib.
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinovla Sumqayıtda vida mərasimi keçirilir.
Gununsesi.info-nun yerli bürosu məlumat verir ki, vida mərasimi mərhumun yaşadığı evdə – Sumqayıt şəhər 18-ci mikrorayonda keçirilir.
Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edir.
Gununsesi.info