Ermənilərin növbəti təxribatı

  • By admin
  • 29 Sentyabr 2016 09:27

balaban

Azərbaycanın qədim nəfəsli musiqi aləti olan balabanla erməni musiqiçisi növbəti iyrənc əməlini törətməyə can atır. Belə ki, oktyabrın  1 və 2-si Moskvada böyük konsert proqramı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, özünü musiqiçisi adlandıran Ciqan Qasparyan adlı şəxs Ermənistanda balaban alətinin ifaçısı kimi tanınır. Oktyabrın əvvəlində böyük konsert verərək, o,  balaban alətini Ermənistanın qədim musiqi aləti kimi təqdim edərək, növbəti  təxribatı  törətmək niyyətindədir. Konsert proqramında balaban alətində ifa edən digər erməni musiqiçilər də iştirak edəcək.  Konsertin  afişaları artıq şəhərin müxtəlif məkanlarına paylanılıb. İfaçı fikir bildirərək qeyd edib ki:

“Mən istəyirəm Ermənistanın bu qədim alətini hər kəs tanısın və sevsin”.

Gununsesi.info