Ermənilərin raket zərbələri nəticəsində bir neçə mülki obyekt dağılıb FHN

  • By admin
  • 28 Oktyabr 2020 15:24

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Gununsesi.info bildirir ki, bu barədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu gün Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Bərdə şəhərində bir neçə mülki obyekt dağılıb, avtomobillər yararsız vəziyyətə düşüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Gununsesi.info