Azərbaycanən işğal altında olan torpaqlarında emrənilərin məskunlaşma və orada infrstruktur layihələrinin reallaşdırılması Azərbaycan cəmiyyətində hiddətlə qarşılanmaqdadır. Azərbaycan cəmiyyəti ermənilərin beynəlxalq hüququn prinsiplərinə zidd olaraq işağl altına həyata keçirdiyi məskunlaşma siyasəti və infrastruk layihələrinin rellaşdırması ilə bağlı müvafiq dövlət qurumlarından, münaqişəsinin tənzimlənməsi ilə bağlı fəaliyyət göstərən ATƏT Minsk Qrupundan, həmçinin beynəlxalq aləmdən konkret mövqe sərgiləməsini gözləyir.
Məsələ ilə bağlı yaranmış durumu Gununsesi. info-ya açqlama verən millət vəkili Zahid Oruc bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətini həyata keçirmək ermənilərin strateji bir planıdır. “Onlar yaxşı dərk edirlər ki, məskunlaşma siyasətini həyata keçirmədən işğal etdikləri ərazilərdə mövqelərini möhkəmləndirə bilməyəcəklər. Ona görə də uzun müddətdir ki, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayılda müxtəlif infrastruktur layihələri həyata keçirməkdədirlər. Lakin ermənilər bu layihələri reallaşdırarkən daha ehtiyatlı hərkət edirlər. Bunun isə bir neçə səbəbi var. Birincisi, yaxşı anlayırlar ki, danışıqlar nəticəsində Qarabağın yekun statusu müəyyənləşdirkdən sonra Qarabağ ətrafındakı rayonlarından çıxmalı olacaqlar.
İkincisi, ermənilərin insan resursu az olduğundan digər ölkəlrədə, xüsusən də Yaxın Şərq ölkələridə yaşayan erməniləri müəyyən maliyyə dəstəyi ilə bu ərazilərə yerləşdirmək istəyirlər. Ancaq Ermənistan hakimiyyətinin maliyyətutumlu humanitar dəstəyinin olmasına baxmayaraq, sadə erməni bu ərazilərdə məskunlaşmır. Çünki sadə erməni yaxşı anlayır ki, onu çox çətin bir dönəm gözləyir. Bura onun vətəni deyil.
Üçüncüsü, Ermənistanın elə də insan resursu və maddi imkanı yoxdur ki, bu ərazilərdə uğurlu məskunlaşma ilə yanaşı, infrastruktur layihələrini reallaşdırsınlar. Məskunlaşmanı uğurla həyata keçrimək üçün on minlərlə insan resursuna və milyardlarla dollar həcmində investisiyalara ehtiyac var. Ermənistan isə bu imkanlardan məhrumdur və ona görə də bu, real görünmür. Odur ki, Ermənistan indi faktiki olaraq çox qəribə bir durumla üzləşiblər. Bu da ondan ibarətdir ki,ermənilərin qalibiyyətin zülmünü yaşayırlar. Sadə erməni üçün Ermənistan cəlbedici bir məkan olmadığından oranı tərk edir. Çünki ermənilər harada yaşamaq daha rahatdırsa oranı özlərinə yaşam yeri seçirlər. Ona görə də ermənilər dünyada səpələnmiş formada yaşayırlar”- deyə, millət vəkili vurğulayıb.
Z. Oruc xüsusi ilə də onu qeyd edib ki, guya ermənilər öz tarixi torpaqlarında müstəqil dövlət yaratdılar, ancaq bunu əksi ilə üzləşdilər: “Ermənilər daha çox əsarət altında düşdülər. Yaratdıqları müstəqil ölkədə yaşamağın qeyri-mümkün olduğunu, perspektivsiz bir məkan olduğunu gördükləridnən sürətlə oranı tərk edirlər. Artıq İrəvan ermənisiz Ermənistan təhlükəsi ilə üzləşib”.
Bununla belə deputat hesab edir ki, 26 ildir Azərbaycan torpaqları işğal altındadır və nə hərb, nə sülh olmadığından hələlik o ərazilərə qayada bilmirik. “Ona görə də həmin ərazilərdə az da olsa ermənilər məskunlaşıb.Bu yolverilməz haldır. Ona görə də Azərbaycan atəşkəs rejimini mütəmadi olaraq pozmalı və onları səksəkə içində saxlamalıyıq. Müharibə təkcə hərbi əməliyyatlar həyata keçrimək deyil, onun müxtəlif formaları var və biz də bundan yararlanmalıyıq. Azərbaycan atəşkəs rejimini pozmaqla işğal altındakı ərazilərdə məskunlaşma, infrastruktur layihələrinin həyata keçirməsinə, xarici investiyaların cəlb edilməsinə mane olamlıyıq.
İkincisi, ATƏT Faktaraşdırıcı Missiyasının fəaliyyətinin yenidən bərpa olunmasına, onların işğal altındakı ərazilərdə monitorinq aparmasına ehtiyac var. Bununla keçən müddətdən bəri hansı məskunlaşmanın real vəziyyətini öyrənməliyik”- deyə, Z. Oruc bildirib.
Deputat Tahir Kərimli Gununsesi.info-ya açıqlamasında deyib ki, XİN bununla bağlı müəyyən narzaçılığını ifadə etsə də, bu yetərli deyil: “Çünki ermənilərin işğal altındakı ərazilərdə məskunlaşması intensiv xarakter daşıyır və beynəlxalq aləm də buna göz yumur. Odur ki, fəallığı artırmalıyıq. BMT Qaçqınlar Komitəsi ilə işləyib məsələyə qəti etirazımızı bildirməliyik. Bununla bağlı beynəlxalq məhkəmələrə şikayətlər etməliyik. Bundan əlavə olaraq məskunlaşma, infrastrukturla bağlı məsələlər danışıqların bir predmeti olmalıdır”.
O əlavə edib ki, bu istiqamətdəki fəaliyyətimiz daha kəskin olmalıdır.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev Gununsesi.info-ya açıqlamasında deyib ki, Ermənistanın işğalçılıq siyasətinə dünyanın aparıcı dövlətləri və münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupu tərəfindən ikili siyasəti və ədalətsiz yanaşması olduğundan İrəvan bu təxribatçı fəaliyyətini davam etdirməkdədir. “Ermənistan işğal altında olan Azərbaycan torpaqlarına müxtəlif ölkələrindən erməniəslilli insanları müxtəlif proqramlar çərçivəsində köçürürlər. Bunların içərisində müxtəlif terror qruplarına məxsus insanlar də bu ərazilərə gətirilir, orada müəlicə olunur. Bununla yanaşı bu terrorçulara təlimlər keçirilməsi üçün şərait yaradılır. Ona görə də hesab edirəm ki, ATƏT MQ həmsədr ölkələri ilə yanaşı, Minsk Qrupuna daxil olan digər ölkələr də bu məsələdə aktivlik nümaiyş etdirməlidir. Azərbaycan tərəfi də bu prosesinin qarşısını almaq üçün ciddi fəaliyyət göstərib, sərt mövqe sərgiləməlidir”- deyə, deputat bildirib.
Mürtəza
Gununsesi.info