Ermənilərin yaraladığı 13 yaşlı uşaq xəstəxanadan evə buraxılıb

  • By admin
  • 08 Avqust 2017 11:24

59895b1e424eb_1502171038_arv

Hazırda Tovuz rayonun  Qaralar kəndində vəziyyət stabildir.

Gununsesi.info xəbər verir ki, bu barədə modern.az-a Qaralar kənd inzibati dairəsi üzrə nümayəndə Ramiz Süleymanov Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqəsini atəşə tutulmasından sonrakı vəziyyəti şərh edərkən bildirib.

O qeyd edib ki, kənd camaatı bu cür hallara öyrəşib:

“1998-ci ildən öyrəncəliyik. Kənd camaatı gündəlik axarında həyata davam edir”.

R.Süleymanov bildirib ki, ermənilərin kəndi atəşə tutması yaralanan 9 yaşlı Ramin Yusifovun vəziyyəti stabildir:

“Bu gün səhər xəstəxandan çıxarıldı. Hazırda evdədir. Şükürlər olsun ki, xəsarəti ciddi deyil”.

İyulun 7-də  dünən Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu xəsarət alıb.

Gununsesi.info