Ermənilərlə döyüşən sabiq icra başçısı 60 yaşını qürbətdə qeyd edir

  • By admin
  • 26 Avqust 2022 18:45

30 yaxındır ki, Almaniyanın Frankfurt şəhərində mühacir həyatı yaşayır. Sonradan vətəndaşlıq da alıb. Övladları, digər doğmaları da bu 30 ildə Avropanın ən qüdrətli ölkələrindən birində normal səviyyədə həyatını qurub. 

Hər Almaniyaya gedişimdə onu ziyarət edirəm. Bir dəfə də olsun, ruhən rahat, huzurlu görmədim.

HTML tutorial

Azərbaycandan danışdıqca siqareti bir-birinə calayır.  Dərdi böyükdür, canından çox sevdiyi məmləkətindən uzaqdır.

Söhbət 1992-93-ğü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olmuş İlham Həsəndən gedir.

Ölkədə 2-3 icra başçılarından biri olub ki, əlinə silah alıb, düşmənlə döyüşüb. Kəlbəcərin ən ağır dönəmlərində bu rayona rəhbərlik ona həvalə edilib. Həm qarşıdakı düşmənlə, həm də arxadakı satqınlarla döyüşüb.

Kəlbəcərin məğlubiyyətini AXC hakimiyyətinin adına, onun adına yazanlar da olub. Bu məsələdən danışanda “Kəlbəcərin işğalı Azərbaycanda milli hakimiyyəti yıxmaq üçün ölkəmizdə siyasi, iqtisadi maraqları olan bəzi böyük dövlətlərin və onların ölkədəki nökərlərinin əli ilə həyata keçirildi”  deyir.

Ölkəmizdə haqsızlığa məruz qaldı, həbsdən çıxandan sonra Avropaya pənah apardı. Amma yuxarıda dediyim kimi firavan həyatı olsa da belə Vətən niskili ilə yaşayır.

İndi bu niskil daha da böyüyüb, çünki, uğrunda vuruşduğu, gözünün qarşısında  dostlarını, yoldaşlarını şəhid verdiyi Kəlbəcər AZADDIR!

Ona 60 illik yubileyində “Kəlbəcərdə görüşək” diləyindən başqa nəsə deməyə dilim gəlir.

İlham Həsən, həm də o adamdır ki, mühacir olmasına rəğmən Avropada Azərbaycanın milli maraqları üçün çalışdı.

Bunu XİN strukturlarında hamı bilir.

Ermənistan əleyhinə təşkil olunan bütün aksiyaların əsas təşkilatçılarından biri oldu.

Amma heç zaman bunu üzdə göstərmədi.

Çünki, O, Vətənini qarşılıqlsız sevir.

Pərviz Həşimli

Gununsesi.info