Xəbər verdiyimiz kimi, Yevlaxda Qarabağın erməni icması ilə Azərbaycan icması ilə görüş başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, görüşdə Azərbaycanı Milli Məclisin deputatı Ramin Məmmədov təmsil edir.
Qeyd edək ki, Ramin Məmmədov Ağdərə rayonunda anadan olsa da o, Milli Məclisdə Sabirabadı təmsil edir.
Maraqlıdır ki, Xankəndini təmsil edən deputat Tural Gəncəliyev bu görüşə qatılmayıb.
Məsələ ilə bağlı əməkdaşımız Tural Gəncəliyevin mobil telefonuna zəng edib.
Lakin deputatın əvəzindən cavab verən köməkçisi onun görüşə qatılmamasını təsdiqləsə də bunu. hansı səbəbdən olduğunu bildirməyib.
Qeyd edək ki, Tural Gəncəliyev həm də Dağlıq Qarabağın Azərbaycan icmasının sədridir.
Şəbnəm
Gununsesi.info