ABŞ-da rüşvətxorluq və korrupsiyada ittiham olunan ermənipərəst senator Bob Menendes Nyu-Yorkun Cənub Dairə Federal Məhkəməsində keçirilən məhkəmə iclasında həyat yoldaşı Nadine Menendes və korrupsiya işində təqsirləndirilən digər iki müttəhim (Vael Hana və Fred Daibes) hakim qarşısına çıxarılıb.
Gununsesi.info xəbər verir ki, region prokurorlarının yeni ittihamnamə ilə əlavə cinayətlər aid etdiyi Menendes cütlüyü və digər iki müttəhim onlara qarşı irəli sürülən “ədalətə mane olmaq” ittihamını qəbul etməyib.
Menendes cütlüyü Manhettendə məhkəməyə girib-çıxarkən mətbuata danışmamağa üstünlük verib.
Keçən həftə prokurorlar sözügedən dörd nəfərə qarşı yeni bir iddianamə faylını məhkəməyə təqdim edərək, Menendes cütlüyünə və rüşvət sxeminin digər iki ortağına qarşı ittihamları 4-dən 18-ə qaldırıblar.
Sentyabrın 22-də Nyu-Yorkun Cənub Bölgəsi Federal Məhkəməsinə təqdim edilən 39 səhifəlik iddianamədə Bob Menendes və onun həyat yoldaşı Nadine (Arslanyan) Menendez siyasi qazanc müqabilində rüşvət sxemində iştirak etməkdə günahlandırılıb.
Menendes və onun həyat yoldaşı misirli iş adamı Vael Hana ilə yanaşı, ittihamlarla əlaqəsi olan Nyu-Cersi ştatından olan iş adamları Fred Daibes və Xose Uribe də ittihamnamədə müttəhim kimi qeyd edilib.
Evində axtarış zamanı tapılan qızıl külçələr və gizli pullarla yanaşı, Menendesin Misirə rəsmi yardımda, xüsusilə də Konqresdə xarici ölkələrə hərbi yardım mövzusunda söz sahibi olan Senatın Xarici Əlaqələr Komitəsinə sədrliyi dövründə təsiri və Nyu-Cersidəki misirli iş adamları və şirkətləri ilə əlaqələri iddianamədə diqqət çəkib.
İttihamların ertəsi günü Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməli olan Menendez partiyasının və ictimaiyyətin təzyiqlərinə müqavimət göstərərək Konqresdəki kürsüsündən istefa verməyəcəyini bəyan edib.
Menendesə qarşı ilk ittiham aktı daha sonra genişləndi və onu siyasi mövqeyindən Qətər xeyrinə istifadə etməkdə ittiham edib.
Kuba əsilli mühacir ailəsinin oğlu olan Menendes Türkiyə əleyhinə fikirləri və ABŞ Konqresindəki yunan və erməni lobbilərinə yaxınlığı ilə tanınır.
ABŞ-dan Türkiyəyə F-16 satışına qarşı çıxanlar arasında olan Menendes də Türkiyənin Aralıq dənizi və Egeydəki siyasətlərindən narahatlığını hər fürsətdə gündəmə gətirib.
Gununsesi.info