Ermənistan Böyük Britaniyadakı səfirliyinə hərbi attaşe təyin edib.
Gununsesi.info xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Qərarın əsaslandırılması göstərir ki, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq inkişaf edir və ona britaniyalı zabitlər tərəfindən keçirilən komandir hazırlığı kursları, beynəlxalq sülhməramlı qüvvələrdə iştirak, habelə illik hərbi və hərbi-siyasi məsləhətləşmələr daxildir.
Gununsesi.info