Ermənistan ərazisində onlarla monastr dağılmaq təhlükəsi ilə üz-üzə – VİDEO

  • By admin
  • 11 Noyabr 2023 16:53

Ermənistan ərazisində onlarla vəng (monastr) baxımsızlıqdan dağılmaq təhlükəsiylə üz-üzədir. Həmin vənglərin böyük əksəriyyəti 10-13-ci əsrlərdə inşa olunub.

Gununsesi.info xəbər verir ki, bunu Allahverdi Aydın sosial şəbəkə hesabında paylaşıb.

O qeyd edib ki, 13-cü əsrdə inşa olunan bu cür möhtəşəm tarixi abidəyə qarşı laqeyidlik o qədər yükəskdir ki, üzərinə sovet dövründə vurulan lövhəni belə dəyişməyiblər.

“Vənglərin mövcud vəziyyəti onu göstərir ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti bu abidələri doğmalıq hiss etmir.

Ermənistanda vənglərlə bağlı maraqlı ifadələr də var: Bir insanı təhqir etmək üçün onun haqqında “vank (vəng) çörəyi yeyən” (“vanki hats utel” -“վանքի հաց ուտել”) və “vank qoyunu” (“vanki vochkhar” – “վանքի ոչխար”) kimi ifadələr işlədirlər.

Hazırda Ermənistanda “Qarabağ ermənilərinə” münasibətdə də bu laqeyidlik hiss edilir. Qarabağdan olan ermənilərə “dönmə erməni” mənasına gələn “Şurtvats hayer” (Շուրթված հայեր) deyirlər. Ermənistanda belə hesab edirlər ki, Qarabağda yaşayan ermənilər əsl “hay”lar deyil, onlar albanlardan dönmədilər”, – deyə o bildirib.

Həmin monastrların görüntülərini videosunu təqdim edirik:

Gununsesi.info