Ermənistan atəşkəsdən sonra da minalanmanı davam etdirib - Baş prokuror

  • By ilhame
  • 20 Fevral 2024 21:04

Ermənistan tərəfi Qarabağdakı kütləvi məzarlıqların yeri və minalanmış ərazilərlə bağlı bizimlə əməkdaşlıq etmir”.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib:

 

Biz Azərbaycan hüquq-mühafizə orqanları olaraq məzarlıqların axtarışını davam etdiririk. Minalanmış ərazilərə gəldikdə isə qarşı tərəfin verdiyi xəritələrin 25 faizi düz olub. Bundan əlavə Ermənistan 2020-ci ildə imzalanmış atəşkəsdən sonra da minalanmanı davam etdirib. Son vaxtlar minaya düşərək həlak olan şəxslərlə bağlı araşdırmada görürük ki, onların düşdüyü minaların çoxu 2020-ci ildən sonra istehsal olunub”.

Gununsesi.info