Ermənistan Avrasiya İttifaqından çıxmalıdır - ERMƏNİ EKSPERT

  • By admin
  • 16 Avqust 2016 11:35
ermani
İrəvan Moskva arasında qarşıdurma kəskinləşir.
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmalıdır və bu qurumdan çıxmaq üçün hazırda ən münasib vaxtdır.
Gununsesi. info xəbər verir ki, bu fikri erməni iqtisadçı Aşot Yeqiazaryan “news.am”-a açıqlamasında deyib.
Aşor Yeqiazaryan hesab edir ki,  Rusiyanın indiki zəif məqamında Ermənistanın Avrasiya İqtisadi Biriliyindən çıxması üçün ən münasib vaxtıdır. “Əgər İrəvan belə bir siyasi  qərar qəbul edərsə, zəif düşən Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasına mane ola bilməyəcək”- deyə, erməni ekspert vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmadan nə iqtisadi inkişafa nail ola biləcək, nə də öz təhlükəsizlik problemini həll edə biləcək.
Erməni ekspert deyib ki, bu gün Rusiyanın başı son vaxtlarda İranın Cənubi Qafqazda artan aktivliyinin  qarşısının alınmasına yönəlib: “Rusiya Türkiyə, Azərbaycan və İranı irimiqyaslı iqtisadi layihələrə cəlb etməklə, İranın Cənubi Qafqazda artan nüfuzunu neytrallaşdırmaq istəyir”.
Erməni ekspertin fikrincə, artıq Moskva yaxşı anlayır ki, Kremlin Avrasiya layihəsi puça çıxdı və lazımi effekti vermədi: “Avropa Birliyi post-sovet məkanının qərb hissəsi olan Moldova və Ukraynada öz təsir gücünü artırıb, şərqdə isə Çinin eksponsiyasi nəticəsində proqram baş tutmadı. Çin sadəcə Rusiyanı əzdi. Ancaq qalır cənub istiqamət ki, burada da Rusiya ciddi çağırışlarla üzləşib. Bu da İran faktorudur. İranın üzərindən beynəlxalq sanksiyalar götürülən kimi Cənubi Qafqada nüfuz uğrunda mübarizəyə girişib. Tez və ya gec İran ciddi rəqib kimi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara bilər”.
A,Yeqiazaryan əlavə edib ki, Rusiya Cənubi Qafqazda yeganə olaraq Ermənistan üzərində təsir dairəsini saxlaya bilib. “Bu isə Moskva üçün yetrəli olmadığından Azərbaycan üzərində təsir dairəsinin gücləndirməklə İranın bölgədə artan rolunun qarşısını almağa çalışır. Bu məqsədlə də bölgədə bir sıra  layihələr reallaşdırmağa çalışır”- deyə, ekspert vurğulayıb.
Erməni ekspert  onu da deyib ki, İran da öz növbəsində Rusiyanın Cənubi Qafqazda təsir dairəsinin qarşısını almaq üçün bir sıra addımlar atmaqdadır: “Bu məqsədlə Tehran da öz növbəsində bölgədə Rusiyadan yan keçməklə bir sıra proqramlar  rallaşdırmağa çalışır”.
 Avropa Birlyinin Cənubi Qafqazda artan marağına diqqət çəkən A.Yeqiazaryan bildirib ki, bundan maksimum istifadə etmək lazımdır.
İran-Ermənistan arasında dəmir yol tikintisi ilə səslənən təkliflərə də mövqeyini  açıqlayan A.Yeqiazaryan bildirib ki,  bu böyük maliyyə resursu tələb edən layihədir: “Ancaq Ermənistan üçün böyük əhəmiyyət kəsb edir. Əgər Ermənistan tədricən Rusiyanın təsir dairəsindən çıxarsa, o zaman bu layihə reallaşa bilər. Bütün bu dediklərim ancaq və ancaq Ermənistanın Rusiyanın təsir dairəsindən azad olduqdan sonra mümkündür”.
Hazırladı: Mürtəza 
Gununsesi.info