Ermənistan Azərbaycan Ordusunun dinc sakinləri hədəfə almadığını ETİRAF ETDİ

Ermənistan Tovuz rayonu istiqamətində yaşanan hərbi gərginlik zamanı Azərbaycan Ordusunun erməni kəndlərini və yaşayış məntəqələrini atəşə tutmadığını, yalnız hərbi obyektləri vurduğunu etiraf edib.

Gununsesi.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin koordinatoru Artsrun Ovannisyan İr.evan şəhərində mətbuat nümayəndələri üçün keçirilən birifinqdə bunu açıq şəkildə söyləyib.

“Azərbaycan-Ermənistan hərbi toqquşması zamanı dinc sakinlərimiz arasında zərərçəkənlər yoxdur. Hazırda operativ vəziyyət sakitdir. Axşam saat 19:00-dan intensivlik azalıb”-deyə Ovannisyan açıqlama verib.

 

Xatırladaq ki, Azərbaycan ordusundan fərqli olaraq, Ermənistan Tovuz və Qazax rayonununu yaşayış məntəqələrini, kəndlərini də atəş altında saxlayır.  Bu zaman evlərə və əkin saəhələrinə zərər dəyməklə yanşaı, dinc sakinlər də zərər çəkiblər. Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğlu bu gün Ermənistan ordusunun artilleriya atəşi zamanı öz evində həlak olub.

Gununsesi.org