“Ermənistan-Azərbaycan sərhədində hadisələri narahatlıqla izləyirik” - NATO Baş katibinin xüsusi nümayəndəsi

“Biz Ermənistan-Azərbaycan sərhədində ağır silahlardan istifadə edilməsi və insan tələfatı ilə nəticələnən hadisələri narahatlıqla izləyirik”. 
Gununsesi.org-un məlumatına görə, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay özünün “Facebook” hesabındakı yazıb.
“Biz ATƏT-in Minsk Qrupu həmsədrlərini gərginliyin daha da böyüməsinin qarşısını almaq üçün bütün lazımı tədbirləri görməyə dair tərəflərə çağırış etməyə səsləyirik”, – deyə o qeyd edib.
Gununsesi.org