
“Ermənistan Respublikası sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib və bu təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub, təxribatlar nəticəsində bir nəfər hərbi qulluqçumuz həlak olub.
Gununsesi.info