

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Gununsesi.info xəbər verir ki, bu fikri Ermənistan prezidenti Serj Sərkisyan “Sputnik-Ermənistan”-a açıqlamasında deyib.
Onun sözlərinə görə, biz istənilən dövlətin ərazi bütövlüyünü tanıdığımız kimi Azərbaycanın ərazi bütövlüyün tanıyırıq, ancaq Dağlıq Qarabağ münaqişəsinin xalqların öz müqəddəratını həll etmə şəraitində həll olunmalıdır: “Xalqların öz müqəddəratını həll etmə ölkələrin ərazi bütövlüyü prinsipinə zidd deyil”.
İki ölkə arasındakı münaqişənin həllinə toxunan S. Sərkisyan bildirib ki, Bakı və İrəvan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı sənəd imzalamağa yaxın olub və orada əsas prinsilər öz əksini tapıb.
Gununsesi.info