Ermənistan Azərbaycanla sərhədə qoşun yığır

  • By ilhame
  • 30 Mart 2024 21:44

Yaxın saatlarda Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb.

 

Gununsesi.info “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə Ermənistandakı mənbələr sosial şəbəkələrdə məlumat yayıb.

 

Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.

Gununsesi.info