
İrəvanda Ermənistanın baş nazirinin əməkdaşlarının olduğu “Hyundai” markalı avtobus BMW markalı avtomobillə toqquşub. 11 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Gununsesi.info Armennews-yə istinadən xəbər verir.
Qəza İrəvanın kənarında baş verib. Bir nəfər Astjik tibb mərkəzinə, iki nəfər Erebuni tibb mərkəzinə, daha 8 nəfər Ermənistan tibb mərkəzinə aparılıb. Qəzada kimin xəsarət aldığı hələlik məlum deyil. Polis qəzanın mümkün günahkarı barədə məlumat verməyib.
Tərcümə: Adil
Gununsesi.info