
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Artur Yeroyan videobağlantı vasitəsilə NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“General-mayor Yeroyan öz çıxışında Ermənistanın müdafiə sektorunun transformasiyasında NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb və NATO-nun himayəsi altında sülhməramlı missiyalarda davamlı iştiraka sadiqliyini təsdiqləyib”, – məlumatda bildirilib.
Mətbuat xidməti qeyd edib ki, görüşün keçirilməsində məqsəd aktual beynəlxalq və regional məsələləri, o cümlədən NATO ilə tərəfdaş dövlətlər arasında əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Gununsesi.info