Ermənistan rəsmi olaraq Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) üzv olub.
Gununsesi.info bildirir ki, ötən ilin martında məhkəmə Ukraynadakı müharibə və ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyası ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Beləliklə, İrəvan müttəfiqi olan Rusiya liderini onun ərazisinə ayaq basacağı təqdirdə, həbs etməyə borcludur.
Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma nizamnaməsi Ermənistan üçün fevralın 1-dən rəsmən qüvvəyə minib.
Kremlin sözçüsü Dmitri Peskov Ermənistan parlamentinin oktyabrda Roma Statutunun ratifikasiyasına səs verərkən İrəvanın “səhv qərar” verdiyini qiymətləndirib.
Rusiya Xarici İşlər Nazirliyi də İrəvanın bu təşəbbüsünü “dost olmayan addım” kimi qiymətləndirib.
Qərb ölkələri məhkəmənin yurisdiksiyasının Rusiyanın arxa bağçası kimi görünən bölgəyə genişlənməsinə işarə edən bu təsdiqi yüksək qiymətləndirmişdi.
Avropa Komissiyasının sədri Ursula von der Leyen, Ermənistanın oktyabr ayında Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsini təsdiqlədikdən sonra Putinə istinad edərək, “Dünya Kremldəki avtokrat üçün kiçilir” deyib.
İrəvan 1999-cu ildə Roma Statutunu imzalasa da, Ermənistan konstitusiyasına zidd olduğu üçün onu ratifikasiya etməyib.
Gununsesi.info