“Hazırda Ermənistan ordusu heç bir qüvvəyə malik deyil. Amma bu gün Ermənistan bizə qarşı digər müharibə açıb. Bu da diplomatik müharibədir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Hesab edirəm ki, biz bu müharibəyə də qalib gələcəyik. Azərbaycan bu gün dünyanın problemlərini həll etmək iqtidarında olan ölkədir. Gələn ilin büdcəsindən də xaricdə dövlət mənafeyinin dəstəklənməsi, təbliği üçün yetəri qədər vəsait ayrılıb”,-deyə o bildirib.
Gununsesi.info