
“Qarabağın 30 illik işğaldan azad edilməsi ilə bölgəmizdə davamlı əmin-amanlıq üçün həqiqətən də tarixi imkan pəncərəsi açılıb”.
Gununsesi.info xəbər verir ki , bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu imkanlar əldən verilməməlidir:
“Ermənistan xarici güclərin və diasporun əsarətindən qurtulduğu halda sülhə daha da yaxınlaşacaq”.