Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsində ölkənin maraqlarına əsaslanaraq qərar verəcək.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların və diasporun suallarını cavablandırarkən deyib.
“Hazırda biz hər hansı qərar vermişiksə və ya qəbul etməmişiksə, deməli, bizim rəhbər tutduğumuz Ermənistanın dövlət maraqlarıdır”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, bir ölkənin təşkilata üzv olması ona lazımi dəstəyi vermir, eyni zamanda digər ölkələrdən yardım almağa mane olur.
“KTMT-dəki tərəfdaşlarımız da bizi başa düşməlidirlər”, – deyə Paşinyan əlavə edib.
Gununsesi.info