Ermənistan cəzasız qalmayacaq - MÜDAFİƏ NAZİRLİYİ

  • By admin
  • 05 İyul 2017 13:26

mudafie

Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycanın ABŞ istehsallı silahdan istifadə etməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, ermənilərin bu məlumatı həqiqətə uyğun deyil.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də Azərbaycanın yaşayış məntəqələrini davamlı şəkildə atəşə tutur:

“Beynəlxalq təşkilatlar artıq ermənilərin son təxribatı barədə məlumatlandırılıb. Ermənistan cəzasız qalmayacaq”.

Gununsesi.info