“Ermənistan ciddi zərbələr alacaq” - Baş Prokuror

  • By admin
  • 17 Oktyabr 2020 19:30

“Ermənilərin Gəncədə törətdikləri faciə bəşəriyyət əleyhinə olan cinayətdir”.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərin çox ciddi siyasi, hərbi, hüquqi məsuliyyəti olacaq:

“Ermənistan həm siyasi, həm diplomatik, həm hüquqi, həm də hərbi sahələrdə ciddi zərbələr alacaq. Mən hesab edirəm ki, Ermənistan rəhbərliyi odla oynayır. Onların bu hərəkətlərinə adekvat cavablar olacaq”.

Gununsesi.info