Ermənistan Futbol Federasiyasının keçmiş prezidentinin evində axtarış aparılacaq

  • By admin
  • 13 Dekabr 2019 15:44

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyanın evində axtarış aparılacaq.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Armeniya”ya polisdən bildirilib.

Ermənistanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları 56 yaşlı iş adamının təkcə mənzilinə deyil, digər daşınmaz obyektlərinə də baş çəkəcəklər.

Mətbuatda yer alan xəbərlərə görə, “Nemes Rubo” ləqəbi ilə tanınan Ayrapetyan 2012-2018-ci illərdə müxtəlif şəhərlərdə stadionların tikinti və təmirini həyata keçirərkən, saxta sənədlər təqdim edərək böyük məbləğdə maliyyə vəsaiti mənimsəyib.

Polis hazırda araşdırma aparır.

Qeyd edək ki, Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasına rəhbərlik edib.

Gununsesi.org