
“Türkiyənin Türk Hava Yolları aviaşirkətinin Gəncə-Naxçıvan uçuşları müntəzəmdir”
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsindən “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirilib.
“Sentyabrın 4-də Türk Hava Yolları Gəncə-Naxçıvan istiqamətindən Ermənistan ərazisindən uçuş həyata keçirdi. Belə bir uçuş may ayında da qeydə alınıb”, – komitədən bildirilib.
“Uçuşlar daimi xarakter daşıyırdı və yalnız 44 günlük müharibə zamanı Ermənistan və Azərbaycanın hava sahəsinin bəzi ərazilərinin bağlanması ilə əlaqədar olaraq dayandırıldı”, – mesajda deyilir.
Komitədən verilən məlumatda deyilir ki, beynəlxalq tələblərə görə, tranzit uçuşların həyata keçirilməsi üçün icazə tələb olunmur. Ona görə də Ermənistanla Azərbaycan / Türkiyə arasında razılaşmaya ehtiyac yoxdur. Yəni Azərbaycan təyyarələri üçün də səma açıqdır.
Gununsesi.info