Ermənistan günü-gündən çökür- ƏRZAQ BAHALAŞDI

Ermənistan günü-gündən çökür

2017-ci ilin dekabrında Ermənistanın istehlak bazarında ərzaq qiymətləri noyabr ayı ilə müqayisədə 3,6 faiz artıb.

Gununsesi.info xəbər verir ki, meyvə qiymətləri bir ay ərzində 4,3 faiz, tərəvəz qiymətləri 25,1 faiz artıb.

Bundan başqa, ölkədə ət və ət məhsulları 2017-ci ilin dekabrında 2016-cı ilin sonu ilə müqayisədə 11 faiz artım nümayiş etdirib. Süd məhsulları, yumurta və pendir bir il ərzində 7 faiz, şəkər və şəkər tozu 6 faiz bahalaşıb.

Ermənistanda ən çox bahalaşan ərzaq məhsullarından biri balıq olub. Qeyd olunur ki, 2017-ci ilin dekabrında balıq məhsulları 2016-cı ilin dekabrı ilə müqayisədə 24,8 faiz bahalaşıb.

Gununsesi.info

COMMENTS