Ermənistan İranı satıb: “Zəngəzura ordu yığılması İrana qarşı təxribatdır“


Ermənistan silahlı qüvvələri Zəngəzur istiqamətində hərbi texnika toplayır. Bununla bağlı sosial şəbəkələrin Ermənistan seqmentində foto və videolar da yayılıb. Ermənilər hesab edirlər ki, hərbi texnikaların sərhədə aparılması yeni döyüşlərin başlanmasına işarədir. Bəs görəsən yenidən irimiqyaslı müharibə baş verə bilərmi?

Mövzu ilə bağlı Konkret.Az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, hadisələrin təhlili ermənilərdən təxribat gözlənildiyini deməyə əsas verir:

HTML tutorial

“Ardıcıl olaraq Paşinyanın BMT Baş Assambleyasının iclasındakı çıxışı, ABŞ-ın Ermənistana həddən artıq isti münasibət göstərməsi, Pelosinin İrəvana səfəri, Papikyanın KTMT-ni tənqid etməsi, Qriqoryanın ABŞ-a getməsi və digər amillər Ermənistanın nəsə etmək istədiyini sübuta yetirir.

Amma bütün baş verəcək proseslər İrəvan üçün pis nəticələnəcək. ABŞ-ın istədiyi odur ki, Azərbaycan-Ermənistan sərhədinə qoşun yeritsin. Onun maraqları nə Azərbaycan, nə də ki, Ermənistandır. ABŞ sadəcə olaraq rus ordusunun çıxarılması məsələsini gündəmə gətirməyə çalışır. Həm Gümrüdəki “102”ci hərbi bazanı, həm də Qarabağdan sülhməramlıları çıxarmaq istəyir. Bu, Azərbaycanın maraqlarına uyğundur.

Amma Zəngəzura silah və texnikanın cəlb olunması Azərbaycana hücumdan çox İrana qarşı addım atılacağından xəbər verir. Çünki Ermənistan İranı satıb. İrəvan ABŞ-la razılaşaraq sülhməramlı adı ilə İran-Ermənistan sərhədini Amerika əsgərlərinin qorumasını istəyir. Bu da İranın məhvi deməkdir”.

Politoloq əlavə edib ki, üzü payıza doğru getsək də, siyasi cəhətdən bölgədə yay olacaq:

“Avropada dövlətə bağlı olan mənbələrin verdiyi məlumata görə, oktyabrın birinci ongünlüyündə Azərbaycanda dövlət çevrilişinə cəhd ola bilər. Yəni Ermənistanın Zəngəzura silah-sursat yığmasının arxasında bu planın da durması mümkündür. Belə ki, Azərbaycanın burada başını qataraq “5-ci kolon”un əli ilə çevrilişə cəhd göstərə bilərlər.

Bizim millişüvən salanlarımızın birdən-birə bu qədər coşması və pafoslu çıxışlar etməsi onu göstərir ki, “5-ci kolon” 1992-93-cü illərdə olduğu kimi eşqə düşüb. Bu, bizim Avropada olan və Azərbaycanı sevən şəxslərdən alınan məlumatlardır. Ermənistanın daxilindəki gərginliyin istiqamətini dəyişmək üçün bir növ bu cür mənfur planları gerçəkləşdirmək istəyirlər Amma bu mənfur planların heç biri baş tutmayacaq”.

Gununsesi.info