Ermənistan işğalçılıq siyasətindən vaz keçdiyini rəsmən AÇIQLADI

“Ermənistan ərazilər işğal etmək, yaxud aqressiv addımlar atmaq niyyətində deyil”.

Gununsesi.info xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib.

HTML tutorial

O, ölkədə aparılan ordu islahatlarının yanlış təqdim olunduğunu və qonşu ölkələrə qarşı hər hansı hücum planının olmadığını iddia edib.

“Niyyətimiz suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasıdır. Ermənistanın strategiyası regionda sülh və stabillikdir. Düşmənçiliyin dərinləşməsi qəbuledilməzdir və bütün region üçün təhlükədir”,- deyə Paşinyan əlavə edib.