Xankəndində antiterror əməliyyatı - ÖLƏN VƏ YARALANANLAR VAR

Azərbaycan ordusu Qarabağda erməni təxribatına cavab verib.

Gununsesi.info Ermənistan KİV-ə istinadən məlumat verir ki, təxribata qarşı keçirilən cavab əməliyyatları nəticəsində erməni qanunsuz silahsız birləşməsinin üç üzvü məhv edilib.

HTML tutorial

Qeyd edilib ki, suveren Azərbaycan torpaqlarında separatçılıqla məşğul olan və təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan öldürülüb.

Leytenant David Ovsepyan isə yaralanıb.

13:34

Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər şəhər ətrafından güclü silah səslərinin gəldiyini bildirirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatı keçirir.

Erməni tərəfi iddia edir ki, nəticədə bir separatçı ölüb, bir nəfər isə yaralanıb.

Gununsesi.info