Ermənistan koronavirusayoluxma sayı 6 mini keçdi

  • By arzu
  • 23 May 2020 12:14

Ermənistanda koronavirusa yoluxanların sayı 6 302 nəfərə çatıb.

Gununsesi.org-un məlumatına görə, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 77 nəfər koronavirusdan ölüb, 2 936 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Gununsesi.org