Ermənistan Krım körpüsündə partlayan yük maşınının yeni görüntülərini YAYDI - VİDEO

Ermənistan hakimiyyəti Krım körpüsündə partlayan yük maşınının hərəkətinin videosunu nümayiş etdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

HTML tutorial

Müşahidə kameralarının qeydləri Ermənistanın Dövlət Gəlirləri Komitəsi tərəfindən təqdim edilib. Videoda qırmızı oxla yük maşınının keçid məntəqələrindən keçərək hərəkəti əks olunub. Yük maşınının sürücüsü də kadrda görüntülənib.

Bundan əvvəl Ermənistanda Krım körpüsündə terror aktının törədilməsində iştirakla bağlı cinayət işi açılıb. Cinayət işinin başlanması barədə qərar KİV-də Ermənistan vətəndaşının yük maşınını partlayıcılarla idarə etməsi barədə məlumatın dərcindən sonra verilib. Bu vətəndaşın əvvəlcə xaricdən Ermənistan ərazisinə daxil olduğu, daha sonra Rusiyaya getdiyi dəqiqləşdirilib. Ermənistan da hadisə ilə bağlı mövcud məlumatları cinayət işinin başlanması üçün Rusiya MTN-ə verib.

Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə partlayış baş verib, yanacaq çəni yanıb. Hadisə nəticəsində dörd nəfər ölüb. Daha sonra Rusiya Milli Antiterror Komitəsi körpünün üzərindən keçən yük maşınının partladığını bildirib. Faktla bağlı cinayət işi başlanıb. Cinayəti hazırlayan və törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Gununsesi.info