
Ermənistanın baş naziri Paşinyan Rusiyanın rəhbərlik etdiyi altı keçmiş sovet dövlətindən ibarət təhlükəsizlik alyansından çıxmaq niyyətində olduğunu açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentdə bəyan edib ki, onun hökuməti Rusiya, Belarus və keçmiş Sovet Mərkəzi Asiya ölkələri olan Qazaxıstan, Qırğızıstan və Tacikistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.
Məlumata əsasən Rusiya ilə getdikcə daha çox fikir ayrılığına düşən Ermənistan bundan əvvəl alyansdakı iştirakını dondurmuş, birgə hərbi təlimlərdə iştirakını ləğv etmiş və KTMT sammitlərinə qatılmamışdı.
Ermənistanın KTMT-dən tamamilə çıxacağını ilk dəfə bəyan edən Paşinyan dünən parlamentdə keçirdiyi sual-cavab iclasında hökumətin son addımı nə vaxt atacağına daha sonra qərar verəcəyini bildirib.
Gununsesi.info