Ermənistan KTMT-dən çıxmağı dövlət sirri sayır

  • By admin
  • 05 Mart 2024 12:12

“Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb, təşkilatdan çıxmağın mümkün nəticələri dövlət sirridir”.

Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan keçirdiyi brifinqdə bildirib.

“Biz hələ KTMT-dən çıxmamışıq, sualınızın davamında sirr var”, o, jurnalistin KTMT-dən çıxmağın mümkün nəticələri ilə bağlı sualını cavablandırarkən deyib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi də Rusiya silahlarının tədarükü ilə bağlı şərh verməkdən imtina edərək, bu prosesin həm də dövlət sirri olduğunu qeyd edib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın bu təşkilatda iştirakını dayandırdığını bildirib.

Gununsesi.info