Ermənistan KTMT-nin yardımından imtina etdi

  • By admin
  • 20 Noyabr 2023 14:00

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.

Gununsesi.info BELTA-ya istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

Xatırladaq ki, 2022-ci ilin noyabrında KTMT-nin İrəvanda keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı birgə tədbirlər haqqında qərar layihəsini imzalamaqdan imtina edib.

KTMT-nin o zamankı baş katibi Stanislav Zas bildirib ki, sənəd ümumilikdə razılaşdırılıb, lakin bir sıra məqamlar üzrə qərar layihəsi yekunlaşdırılmalı idi.

Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlamışdı.

Gununsesi.info