Ermənistan KTMT təlimlərindən imtina etdi

  • By admin
  • 26 Sentyabr 2022 19:52

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirak etməyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə görə İrəvan təşkilatın Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Qeyd edək ki, təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçiriləcək.

Gununsesi.info