Ermənistan KTMT-yə müraciət edib?

  • By admin
  • 16 Noyabr 2021 21:39

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib.

Gununsesi.info “Ria Novosti”yə istinadən xəbərinı görə, bu barədə KTMT-nin sözçüsü Vladimir Zeyneddinov məlumat verib.

O bildirib ki, KTMT katibliyi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistandan kömək üçün rəsmi müraciət almayıb:

“KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb. Biz hesab edirik ki, münaqişə yalnız sülh yolu ilə siyasi və diplomatik yolla həll edilməlidir”.

Gununsesi.info