Ermənistan Milli Assambleyası sədrinin ailəsinin avtomobili qəzaya düşüb

  • By ilhame
  • 26 Yanvar 2024 22:07

Kotayk rayonunda Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın ailəsinə xidmət edən avtomobilin iştirakı ilə qəza baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.

Axşam saatlarında İrəvan-Göyçə yolunda “Toyota Land Cruiser Prado” və BYD markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Saytın məlumatına görə, “Toyota” Milli Assambleyanın balansındadır və parlament sədrinin ailəsinə xidmət edir.

 

Gununsesi.info