Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistanın prezident aparatının mətbuat xidməti bəyanat yayıb.
Bildirilir ki, o, baş nazir Nikol Paşinyanın təklifi ilə istefaya göndərilib.
“Baş nazirin təklifi əsasında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilsin”, – deyə prezidenti Vaaqn Xaçaturyanın sərəncamında deyilir.
Gununsesi.info