Ermənistan indiyədək işğaldan azad olunmuş torpaqlarımızın minalanmış sahələrinin xəritələrini Azərbaycan tərəfinə verməyib.
Bu isə həmin ərazilərə qayıdacaq insanların həyati təhlükəsi deməkdir. Bəs, Azərbaycan Ermənistandan bu xəritəni almaq üçün nə etməlidir?
Gununsesi.info-ya açıqlamasında məşhur çıxış yolunu göstərib: “Azərbaycan dövləti Avropa Məhkəməsi Reqlamentinin 39-cu qaydasına uyğun olaraq aralıq tədbir görülməsi üçün müraciət etməlidir ki, yaşamaq hüququnun bundan sonra pozulmasının qarşısının alınması məqsədilə Avropa Məhkəməsi Ermənistandan həmin xəritələri tələb etsin. Ermənilər xəritələri versələr, gələcək qurbanların sayını xeyli azaltmış olarıq. Əgər verməsələr, beynəlxalq aləmdə məzlum obrazlarına şiddətli zərbə alacaqlar. Siyasi-hüquqi baxımdan bu çox düzgün addım olar”.
Turanə Tağızadə
Gununsesi.info